2026-cı ilin orta mövsüm transfer pəncərəsi dünya futbolunda yeni maliyyə rekordunun yaranması ilə yadda qalıb.
FIFA-nın məlumatına əsasən, kişi futbolunda klublar ümumilikdə 9,89 milyard dollar transfer xərci çəkib.
Bu dövrdə 12 500-dən çox beynəlxalq transfer həyata keçirilib ki, bu da yeni rekord hesab olunur.
2026-cı il Dünya Çempionatında iştirak edən futbolçuların transferləri ümumi məbləğin 3,3 milyard dollardan çoxunu təşkil edib.
Transfer bazarında diqqətçəkən keçidlərdən biri İspaniya millisinin futbolçusu Rodrinin “Mançester Siti”dən “Barselona”ya, Fransa millisinin üzvü Bredli Barkolanın isə PSJ-dən “Liverpul”a keçidi olub.
Qadın futbolunda da ciddi artım qeydə alınıb. Bu sahədə transfer xərcləri əvvəlki illə müqayisədə iki dəfədən çox artaraq 28,6 milyon dollara çatıb.
//Samir Qurbanov, Editor.az

