Çinlə Sakit okean ölkələri arasında gərginlik artırbackend

Çinlə Sakit okean ölkələri arasında gərginlik artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit Okean Adaları Forumunun sammiti zamanı Çinlə ev sahibi Palau arasında ballistik raket sınağı ilə bağlı diplomatik gərginlik yaranıb.

Editor.az xəbər verir ki, Palau Prezidenti Surangel Uips Çinin Sakit okeanda keçirdiyi raket sınağını tənqid edərək region ölkələrini hadisəyə vahid mövqe nümayiş etdirməyə çağırıb. Pekin isə Palau rəhbərliyini məsələni şişirtməkdə və digər ölkələri Çinə qarşı yönəltməyə çalışmaqda ittiham edib.

Çin raket sınağının təhlükəsiz xarakter daşıdığını və hərbi ekspansiyanın göstəricisi olmadığını bildirib. Sammitdə Tayvan məsələsi də əlavə gərginlik yaradıb. Pekin Tayvanın forumda iştirakına etiraz edir.

Hadisə Çinin Sakit okean regionunda artan təsiri ilə ABŞ, Avstraliya və digər Qərb ölkələrinin regional tərəfdaşlığı arasında rəqabətin gücləndiyini bir daha nümayiş etdirib.

//Samir Qurbanov, Editor.az