Finlandiya Rusiya ilə sərhədin 2028-ci ilin sonunadək bağlı saxlanılmasını təklif edibbackend

Finlandiya Rusiya ilə sərhədin 2028-ci ilin sonunadək bağlı saxlanılmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya hökuməti Rusiya ilə sərhəddə müvəqqəti məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanunun müddətinin uzadılmasını təklif edib.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təklifə əsasən, qanunun qüvvədə olma müddəti 31 dekabr 2028-ci ilədək uzadılacaq.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, qanunun əsas məqsədi ölkəyə icazəsiz giriş cəhdləri ilə bağlı təzyiqlərə qarşı mübarizə aparmaq, sərhəd təhlükəsizliyini gücləndirmək və mümkün daha ciddi vəziyyətlərə hazırlıqlı olmaqdır.

Bundan əvvəl Euractiv nəşri Rusiya ilə sərhədin bağlanmasının Finlandiyanın şərq bölgələrinə ciddi iqtisadi zərbə vurduğunu yazmışdı. Həmin ərazilərdə Rusiya turistləri uzun müddət iqtisadiyyatın əsas gəlir mənbələrindən biri hesab olunurdu.

//Gülnarə Abasova, Editor.az