İngiltərənin “Lids Yunayted” klubunda mövsümün əvvəlində ciddi zədə problemi yaranıb.
Komandanın əsas müdafiəçilərindən olan Co Rodon bud nahiyəsindən aldığı zədə səbəbindən təxminən 8–10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Baş məşqçi Daniel Farke futbolçunun zədəsinin ciddi olduğunu təsdiqləyib. Rodon İngiltərə Premyer Liqasının mövsümün ilk iki oyununda start heyətində meydana çıxmışdı.
Müdafiəçinin uzun müddət sıradan çıxması “Lids” üçün ciddi problem hesab olunur. Rodonun Uels millisinin qarşıdakı vacib oyunlarını da buraxacağı gözlənilir.
Uels yığması sentyabrın sonlarında Portuqaliya və Danimarka ilə mühüm qarşılaşmalara çıxacaq.
//Samir Qurbanov, Editor.az

