Çexiya Prezidenti NATO sammitindən kənarlaşdırılmasına etiraz etdibackend

Çexiya Prezidenti NATO sammitindən kənarlaşdırılmasına etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Prezidenti Petr Pavel iyul ayında Ankarada keçiriləcək NATO sammitində iştirak etməsinə icazə verilməməsi ilə bağlı hökumətin qərarından məhkəməyə şikayət edib.

Məlumata görə, Baş nazir Andrej Babiš prezidentin sammitdə iştirak edəcək rəsmi nümayəndə heyətinin tərkibinə daxil edilməməsi barədə qərar qəbul edib. Pavel isə bu addımın səlahiyyət bölgüsünə zidd olduğunu bildirərək qərarın ləğvini tələb edir.

Nəşrin məlumatına əsasən, prezidentlə hökumət arasında yaranan bu mübahisə Çexiyada xarici siyasət və təhlükəsizlik məsələlərində səlahiyyət bölgüsü ilə bağlı gərginliyi daha da artırıb. Məhkəmənin qərarının NATO sammiti ərəfəsində verilməsi gözlənilir.

//Samir Qurbanov, Editor.az