Putin: “Rusiya Qərbə qarşı mübarizədə üstünlüyə yaxınlaşır, danışıqlara hazırıq”backend

Putin: “Rusiya Qərbə qarşı mübarizədə üstünlüyə yaxınlaşır, danışıqlara hazırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin hərbi ali məktəblərin məzunları ilə görüşdə Ukraynanı mülki infrastruktur obyektlərinə zərbələr endirməkdə ittiham edib.

O, həmçinin Rusiyanın “faktiki olaraq bütün Qərbə qarşı mübarizə apardığını”, buna baxmayaraq Moskvanın öz məqsədlərinə doğru irəlilədiyini bildirib.

Putin münaqişənin diplomatik yolla həllinin tərəfdarı olduqlarını və danışıqlara açıq qaldıqlarını desə də, Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ordusu döyüş meydanında təşəbbüsü əlində saxlayır və qarşıya qoyulan hədəflərə nail olmaq üçün əməliyyatları davam etdirəcək.

//Samir Qurbanov, Editor.az