ABŞ Prezidenti Donald Trump Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Rusiyaya qarşı daha qətiyyətli addımlar atmağın vacibliyini vurğulayıb.
Bu barədə The Kyiv Independent yüksək vəzifəli ukraynalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, söhbətdən sonra Kiyevdə ABŞ administrasiyasının Rusiyanı nəticəyönümlü danışıqlara məcbur etməyə yönəlmiş təşəbbüslərə daha çox dəstək verməyə hazır olduğu qənaəti formalaşıb.
Nəşr qeyd edir ki, Ukrayna tərəfi Vaşinqtonun mövqeyini Moskva üzərində təzyiqin artırılması istiqamətində mühüm siqnal kimi qiymətləndirir. Ağ Ev isə məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.
//Samir Qurbanov, Editor.az


