ABŞ Prezidenti Donald Trump bir müddət əvvəl Ukraynanı Rusiya ilə müharibədə məğlub tərəf kimi qiymətləndirsə də, Prezident Volodimir Zelenskinin ardıcıl diplomatik fəaliyyəti və Kiyevin müqaviməti bu yanaşmanın dəyişməsinə səbəb olub.
Bu barədə Financial Times qəzetinin dərc etdiyi təhlildə bildirilir.
Məqalədə qeyd olunur ki, təxminən 15 ay əvvəl Ağ Evdə keçirilən görüş zamanı Tramp Ukraynanın müharibədə üstünlük əldə etmək imkanlarına skeptik yanaşırdı. Lakin sonrakı dövrdə Zelenskinin nümayiş etdirdiyi qətiyyət və Ukraynanın döyüş meydanındakı davamlı müqaviməti ABŞ prezidentinin mövqeyinə təsir göstərib.
Nəşrin qiymətləndirməsinə görə, hazırda Tramp Kiyevin müharibədə uğur qazanmaq potensialını əvvəlkindən daha ciddi qəbul edir və bu, Vaşinqton-Kiyev münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir.
//Samir Qurbanov, Editor.az


