Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddiabackend

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub.

Editor.az Milli.Az-a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib.

Samirə Bağırova bildirib ki, Çimnaz Sultanovanın plastik-estetik əməliyyatlara meyli olub və onun fikrincə, aktrisa bu prosedurların qurbanına çevrilib.

“Onun estetik-plastik əməliyyatlardan asılılığı var idi. Bu prosedurların qurbanına çevrildi. Eşitdiyimə görə, belə müdaxilələri sıx-sıx etdirməyə başlamışdı. Dərisində xərçəng xəstəliyi yaranmışdı”, – deyə psixoloq bildirib.

Bu açıqlama sosial şəbəkələrdə müzakirələrə yol açıb.