ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçibbackend

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından minlərlə kommersiya gəmisinin təhlükəsiz şəkildə keçdiyini bildirib.

Editor.az xəbər verir ki, komandanlığın sosial şəbəkə hesabında yayılan məlumata görə, ABŞ qüvvələri Hörmüz boğazından keçən beynəlxalq səviyyədə tanınmış əsas gəmiçilik marşrutlarını dəniz minalarından təmizləyib.

CENTCOM qeyd edib ki, minlərlə kommersiya gəmisi həmin marşrutlardan təhlükəsiz şəkildə istifadə edib və gəmi hərəkəti hazırda da davam edir.

ABŞ hərbçiləri Hörmüz boğazından keçən gəmilərin minalara düşərək partlaması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıblar.

Bundan əvvəl İranın Pakistan vasitəsilə ABŞ administrasiyasına Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan təklif göndərdiyi barədə məlumat yayılmışdı. Təklifin ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması ilə əlaqəli olduğu bildirilirdi.

Məlumata əsasən, İran tərəfi iki əsas məsələnin diplomatik yollarla həllini təklif edib: Hörmüz boğazında normal gəmiçiliyin bərpası və İran limanlarına qarşı ABŞ blokadasının aradan qaldırılması.

Qeyd edək ki, bundan əvvəl Hörmüz boğazında neft tankerinin minaya düşərək partlaması barədə də məlumat yayılmışdı.

//Gülnarə Abasova, Editor.az