Çinin Beijing Ribri Technology şirkəti pilotsuz uçuş aparatlarını (PUA) radar olmadan aşkarlaya bilən yeni sistem hazırlayıb. Sistem dronları səs vasitəsilə müəyyən edir, daha sonra kameralarla onların tanınmasını həyata keçirir.
Editor.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni kompleksin çəkisi 6,4 kiloqramdır. Qurğu iki əsas hissədən — 48 mikrofondan ibarət akustik moduldan və görünən işıq, eləcə də infraqırmızı diapazonda çalışan kamera modulundan təşkil olunub.
Sistem müxtəlif tipli pilotsuz uçuş aparatlarını, o cümlədən FPV dronları və “Shahed-136” tipli daha iri PUA-ları aşkarlaya bilir. Kameranın hədəfi 4 kilometrədək məsafədən, günün istənilən vaxtında müəyyən edə bildiyi bildirilir.
//Gülnarə Abasova, Editor.az

