Bu yaxınlarda Sumqayıt şəhərində Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşları üçün inşa edilmiş yaşayış binasında mənzil növbəsinə durmuş əməkdaşlara mənzillər veriləcəyi məlum olub.
Azərbaycan Dəmir Yolları QSC-nin İnfarstruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsində 15 nömrəli protokol nömrəsi ilə 20.09.1996 ildə təsdiq olunmuş siyahıya qanunsuz dəyişikliklər edilib.
Belə ki, müxtəlif illərdə iş yerində vahid mənzil qeydiyyatına qəbul üçün növbədə olan əməkdaşların adları siyahıdan çıxarılıb.
Qeyd edilir ki, İnfrastruktur Departamentinin birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri Namaz Nəzərov və 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinin əməkdaşı Almaz Əliyeva tərəfindən həmin siyahı yenidən tərtib edilib.
İddiaya görə, Namaz Nəzərov siyahını tərtib etməyi Almaz Əliyevaya həvalə edib, oda nəyinsə müqabilində öz adamlarını saxlayaraq, digərlərini qanunsuz olaraq siyahıdan çıxarıb.
Nəticədə 16 nəfərin adı Sumqayıt İcra Hakimiyyətinə təqdim olunub.
İşçilər həmkarlar ittifaqına müraciət etsələr də, rəsmi izahat verilməyib.
Məlum olub ki, siyahını tərtib edən Almaz Əliyeva sahənin keçmiş insan resursları əməkdaşı olub və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən külli miqdarda cərimələnib, vəzifəsindən azad edilib. Buna baxmayaraq, o, sahədə başqa vəzifədə işləməyə davam edir, eyni zamanda qeyri-rəsmi olaraq insan resursları vəzifəsini icra edir.
İşçilər həmkarlar fonduna ödənilən vəsaitlərin istifadəsinin şəffaf olmadığını da iddia edir, əmək haqqından tutulmuş pulların onlara maddi yardım kimi verilmədiyini bildirirlər.
.
Bildirilir ki, həmkarlar ittifaqları müstəqil deyil, işə götürənin nəzarətindədir və korrupsiyaya yol verir.
Müraciət edən şəxslər rəsmi qurumlar tərəfindən “Bu mənzillər kimlərə, nəyin müqabilində verilir?! Həmkarlar fonduna köçürülən külli-miqdarda vəsait hara xərclənir? İşçinin əmək haqqından hər ay pul tutulur, amma işçi ərizə ilə müraciət edib maddi yardım istədikdə ona verilmir. Bəs bu yığılan vəsait hara xərclənir?” suallarına cavab gözləyirlər.
NOCOMMENT.az

