Sosial şəbəkəni qarışdıran “şəhid” videosu – Səbəbkar gerçəyi açıqladıbackend

Sosial şəbəkəni qarışdıran “şəhid” videosu – Səbəbkar gerçəyi AÇIQLADI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə 27 sentyabr – Anım Günü ilə əlaqədar yayılan bir video ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, videoda bir şəxsin döyüş zamanı ailəsinə müraciət etdiyi görünür. İstifadəçilərin bir qismi bunun real döyüş görüntüsü olduğunu zənn edib.

Araşdırmamız zamanı məlum olub ki, videodakı şəxs tiktoker Nəriman Kazımovdur.

Editor.az xəbər verir ki, Globalinfo.az-a danışan Nəriman Kazımov faktı təsdiq edib və deyib ki, sözügedən video şəhidlərimizə həsr olunub:

“Buna görə məni dəstəkləyənlər sağ olsunlar, tənqid edənlərin isə Allahları bilər, özləri bilər. Bu, mənim öz ideyam idi. Yəni hansısa şəhidi nəzərdə tutub çəkməmişəm. Ssenari yazmışam və həmin ssenariyə uyğun olaraq, 27 sentyabr – Anım Gününə həsr olunmuş qısametrajlı bir film çəkmişəm. Yəni bu görüntülər real döyüş kadrları deyil. Heç bir şəhidi təsvir edib çəkməmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.