Orxan Lökbatanlı 32 min manat cərimələnibbackend

Orxan Lökbatanlı 32 min manat cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyxanaçı Orxan Lökbatanlı 32 min manat cərimələnib.

Verilişlərin birində meyxanaçının özü bildirib.

O qeyd edib ki, “Pajero” markalı avtomobili ilə rayonlara məclislərə gedərkən, sürət həddini aşırmış:

“Yeni-yeni parlayan vaxtlarımız idi. Rayonlara məclislərə gedirdik, radarların da təzə çıxan vaxtları idi. Sürətli sürdükcə radarlara düşürəmmiş, buna dair qeydiyyatdan olduğum ata evimə məktublar gəlirmiş. Anam isə həmin məktubların xanımlardan gəldiyini düşünüb yandırırmış. Bir gün zəng edib məhkəməyə dəvət etdilər, yaxınlaşdım. Bildirdilər ki, hər ay cərimələrlə bağlı məktub göndərilir, amma reaksiya verilmir. Araşdırdım ki, həqiqətən də məktubu göndəriblər, amma anam hamısını yandırıb. Xülasə maşını satıb, üstünə də bir az pul qoyub, cərimələri ödədim”./Bakıvaxtı.az/