Yaxın Şərqdə gərginlik artır: Səudiyyə Ərəbistanı Yəməndə zərbələr endiribbackend

Yaxın Şərqdə gərginlik artır: Səudiyyə Ərəbistanı Yəməndə zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə hərbi qarşıdurmanın coğrafiyası genişlənməkdə davam edir. Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanının hərbi aviasiyası Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

Buna cavab olaraq husilər Səudiyyə ərazisinə pilotsuz uçuş aparatları və raketlər göndərdiklərini açıqlayıblar.
Hücumların Səudiyyə Ərəbistanının mühüm enerji və nəqliyyat infrastrukturu üçün əlavə risklər yaratdığı bildirilir.

Xüsusilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazı ətrafındakı vəziyyət beynəlxalq enerji daşımaları baxımından diqqət mərkəzindədir.

Editor.az xəbər verir ki, Reuters-in yazdığına görə, regiondakı gərginlik neft bazarlarına da təsir göstərir. Əgər əsas enerji infrastrukturlarında fasilələr uzun müddət davam edərsə, bu, qlobal neft tədarükünə əlavə təzyiq yarada bilər.

//Samir Qurbanov, Editor.az