Aİ Kanadanı ilk “assosiativ üzv” kimi qəbul etməyi təklif edirbackend

Aİ Kanadanı ilk “assosiativ üzv” kimi qəbul etməyi təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının Kanada ilə münasibətlərinin yeni mərhələyə keçirilməsini təklif edib. O, Kanadanın Aİ-nin ilk “assosiativ üzvü” ola biləcəyini bildirib.

Fon der Lyayenin sözlərinə görə, belə əməkdaşlıq müdafiə, enerji, texnologiya, xammal və iqlim siyasəti kimi strateji sahələri əhatə edə bilər. Təklif Avropa Parlamentində səsləndirilən illik “İttifaqın vəziyyəti” çıxışı zamanı irəli sürülüb.
Avropa tərəfi Kanada ilə daha sıx əlaqələri qlobal geosiyasi gərginliyin artdığı bir vaxtda strateji tərəfdaşlığın gücləndirilməsi vasitəsi kimi təqdim edir.

Kanada Baş naziri Mark Karni də Brüsseldə çıxış edərək təklifə müsbət münasibət göstərib.

Fon der Lyayen həmçinin Avropanın müdafiə və iqtisadi təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb

//Samir Qurbanov, Editor.az