“Bu gün sosial şəbəkələrdə, xüsusilə, “TikTok” platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb”.
Globalinfo.az-ın xəbərinə görə, ADMİU-dan bildirilib ki, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır.
“Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam Komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsilalan arasında bağlanan fərdi müqavilənin 2.3.3-cü bəndi, “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili Nizam-İntizam Qaydaları”nın 5.4-cü bəndi – Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə”) əsas götürülərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir”, – deyə cavabda vurğulanıb.
aparılır.

