Əl-Ərəbiyyə” ABŞ və İran arasında potensial razılaşmanın təfərrüatlarını açıqlayıbbackend

Əl-Ərəbiyyə” ABŞ və İran arasında potensial razılaşmanın təfərrüatlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Ərəbiyyə” televiziyası ABŞ və İran arasında yeni potensial razılaşmanın təfərrüatlarını açıqlayıb. Layihə sənədi hazırda hər iki tərəfin təsdiqini gözləyir.

Kanalın məlumatına görə, razılaşma “bütün cəbhələrdə” atəşkəsi əhatə edir.
Tərəflər həmçinin Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində gəmiçilik azadlığını təmin etmək barədə razılığa gələ bilərlər.

Bundan əlavə, layihə İranın razılaşma üzrə öhdəliklərini yerinə yetirməsi müqabilində ABŞ sanksiyalarının tədricən aradan qaldırılmasını nəzərdə tutur. Sənəd həmçinin suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörməti, eləcə də bir-birinin daxili işlərinə qarışmamağı əhatə edir. Digər şərt ölkələr arasında informasiya müharibəsinə son qoymaq ola bilər.
Daha əvvəl media ABŞ və İranın Pakistan vasitəsilə dolayı danışıqları davam etdirdiyini, layihə sənədləri və mesajlar mübadiləsi apardığı, İranın hərbi əməliyyat başlatmadan Hörmüz boğazında internet kabelləri üzərində nəzarəti ələ keçirə biləcəyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az