Müharibənin yekun mərhələsindəyik – Ukraynanın xarici işlər naziri Andrey Siqibabackend

Müharibənin yekun mərhələsindəyik –Andrey Siqiba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna artıq sadəcə müttəfiqlərindən kömək istəmir, eyni zamanda təhlükəsizlik təminatçısı, donor və tərəfdaşdır.
Ukraynanın xarici işlər naziri Andrey Siqiba bunu öz məqaləsində yazıb.

“Biz müharibənin dönüş nöqtəsindəyik və Moskvaya təzyiq artır. Ukrayna mövqeyini qoruyur və Rusiya qoşunlarının sayı artıq həlledici üstünlük deyil. Sülhə nail olmaq üçün üç əsas elementə diqqət yetirməliyik: diplomatiya, təzyiq və güc. Xüsusi sanksiyalarımızı uzunmüddətli təsir və digər təsir vasitələri ilə gücləndirərkən sülh səylərimizdə yeni bir təkan lazımdır”, – deyə o, NATO-Ukrayna Şurası nazirlərinin qeyri-rəsmi görüşündən sonra yazıb.

Siqibanın sözlərinə görə, müdafiə xərclərinin artırılması sülhün qarantıdır. Ukrayna diplomatiyası rəhbərinin sözlərinə görə, bu investisiyalar sülh üçün ən böyük dividendlər verəcək.

//Samir Qurbanov, Editor.az