“Jukovski” yenidən dayandıbackend

“Jukovski” yenidən dayandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidmətinin verdiyi məlumata görə, “Jukovski” hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Rosaviasiya” izah edib ki, tədbirlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir. Moskva hava qovşağındakı qalan hava limanları normal rejimdə işləyir.

Qeyd edək ki, günün əvvəlindən bəri Moskva yaxınlığında altı dron vurulub. Moskva meri Sergey Sobyanin yerdə mümkün xəsarətlər və ya ziyan barədə heç bir məlumat verməyib.

//Samir Qurbanov, Editor.az