Vaşinqton İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək cəhdlərinə qarşı çıxır.
ABŞ dövlət katibi Marko Rubio bu açıqlamanı NATO xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı verib. Rubio bildirib ki, “dünyada heç bir ölkə belə bir təcrübəni qəbul etməməlidir”. O iddia edib ki, Tehran bu strateji əhəmiyyətli dəniz yolundan keçid üçün rüsum toplama sistemi yaratmağa çalışır.
ABŞ-ın yüksək vəzifəli diplomatı xəbərdarlıq edib ki, belə bir presedentin yaradılması dünyanın digər bölgələrində də oxşar tədbirlərə səbəb ola bilər. “Bu, qəbuledilməzdir. Buna yol verilməməlidir. Əgər bu, Hörmüz boğazında baş verərsə, dünyanın daha beş yerində baş verəcək”, – deyə o bildirib.
//Samir Qurbanov, Editor.az


