Ərdoğana şok sui-qəsd: belə öldürmək istəyiblər – General detalları açdı+FOTObackend

Ərdoğana şok sui-qəsd: belə öldürmək istəyiblər – General detalları açdı+FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan briqada generalı İbrahim Büyükbaş 2016-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdi hazırlandığını bildirib.

Globalinfo.az xəbər verir ki, general bu barədə mühüm detalları açıb.

“Türkiyə Prezidenti 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən bir müddət əvvəl hərbi təlimlərdə iştirak etməli idi, lakin “şübhəli fəaliyyət” aşkar edildikdən sonra plan ləğv edildi. Sonradan Ərdoğana qarşı sui-qəsdin 1981-ci ildə Qahirədə keçirilən hərbi parad zamanı Misir prezidenti Ənvər Sədatın öldürülməsinə bənzər şəkildə planlaşdırıldığı məlum olub”, – İ.Büyükbaş vurğulayıb.

Enver sedat sui qesd

Ənvər Sədatın öldürülməsi

Təqaüdçü generalın sözlərinə görə, Türkiyədə hərbi çevrilişə cəhd edən FETÖ-nün tərəfdarları Ərdoğan qaçırıb Dalaman hava limanına aparmağı, xarici aviaşirkətin təyyarəsinə mindirməyi və orada öldürməyi planlaşdırırdılar.

Qeyd edək ki, Türkiyə hakimiyyət orqanları hələlik generalın açıqlamalarına münasibət bildirməyib.