Forbes: BƏƏ Yaxın Şərqin ən güclü hava hücumundan müdafiə sistemlərindən birinə sahib ola bilərbackend

Forbes: BƏƏ Yaxın Şərqin ən güclü hava hücumundan müdafiə sistemlərindən birinə sahib ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyənin istifadəyə vermədiyi Rusiya istehsalı S-400 zenit-raket komplekslərini əldə edərsə, ölkənin hava hücumundan müdafiə imkanları əhəmiyyətli dərəcədə güclənə bilər. Bu barədə Forbes nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, mümkün razılaşma baş tutacağı təqdirdə BƏƏ strateji hava və raketdən müdafiə qabiliyyətini xeyli artıracaq. Bunun nəticəsində ölkə Yaxın Şərqdə mənşəyi və imkanları baxımından ən güclü və çoxşaxəli hava hücumundan müdafiə şəbəkələrindən birinə sahib olacaq.
Ekspertlər hesab edirlər ki, S-400 sistemlərinin mövcud müdafiə infrastrukturu ilə inteqrasiyası BƏƏ-nin hava məkanının müdafiəsini daha da gücləndirə və regional təhlükəsizlik balansına təsir göstərə bilər.

Hazırda Ankara və Əbu-Dabi arasında belə bir razılaşmanın əldə olunub-olunmadığı barədə rəsmi təsdiq yoxdur.

//Samir Qurbanov, Editor.az