ABŞ Prezidenti Donald Tramp İran və Livanın Hizbullah hərəkatının Rusiyaya qarşı Konqresdə müzakirə olunan yeni sanksiyalar paketinə əlavə edilə biləcəyini bildirib.
Editor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü öncəsi jurnalistlərin suallarını cavablandırarkən danışıb. O qeyd edib ki, Konqresdə müzakirə olunan qanun layihəsinə İranın daxil edilməsinin mümkün olduğunu düşünür.
“Düşünürəm ki, İranı da əlavə edə bilərlər. Bu, çox ciddi addım olar. Əgər bunu etsələr, Hizbullahı da siyahıya sala bilərlər. Eşitdiklərimə görə, məhz bunu etmək istəyirlər”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, hazırda qanun layihəsinə Çin və Hindistana qarşı ikinci dərəcəli (secondary) sanksiyaların daxil edilməsi məsələsi müzakirə olunmur.
Qeyd edək ki, sözügedən sanksiyalar paketi ABŞ Konqresində Rusiyaya qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi məqsədilə hazırlanır. Trampın açıqlaması isə İran və Hizbullahın da bu paket çərçivəsində sanksiyalara məruz qala biləcəyi ehtimalını gündəmə gətirib.
//Gülnarə Abasova, Editor.az

