Tramp: Hörmüz boğazı İranla əlaqəli gəmilər üçün bağlanacaqbackend

Tramp: Hörmüz boğazı İranla əlaqəli gəmilər üçün bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının hazırda İran istisna olmaqla bütün beynəlxalq dəniz gəmilərinin üzünə açıq olduğunu bəyan edib.

Editor.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edərək bildirib ki, İrana doğru hərəkət edən və ya İran limanlarından çıxan bütün gəmilər ABŞ-ın tətbiq etdiyi dəniz blokadası ilə üzləşəcək. Onun sözlərinə görə, blokada yalnız İran limanlarına gedən və ya oradan qayıdan, eləcə də İranla əlaqəli yük daşıyan gəmilərə şamil olunacaq.  

ABŞ prezidenti daha əvvəl Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə rəsmi şəkildə məlumatlandırdığını açıqlamışdı. O, həmçinin Vaşinqtonun İran yükləri daşıyan gəmilərə qarşı Hörmüz boğazında dəniz blokadasını yenidən tətbiq etdiyini və zərurət yaranacağı təqdirdə İrana qarşı “çox güclü zərbələr” endirməyə hazır olduğunu bildirmişdi.  

Xatırladaq ki, iyulun əvvəlində Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da İran ətrafındakı vəziyyəti müzakirə edib. Kremlin məlumatına görə, Putin regionda gərginliyin azaldılması və sabitliyin təmin olunmasına dəstək verməyə hazır olduğunu ifadə edib. 

//Gülnarə Abasova, Editor.az