Hailey Bieber ürək əməliyyatı barədə ilk dəfə danışdıbackend

Hailey Bieber ürək əməliyyatı barədə ilk dəfə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Model Hailey Bieber keçirdiyi yüngül insultdan sonra ürək əməliyyatı olunub.

Editor.az xəbər verir ki, 2022-ci ildə model yüngül iflic keçirib və aparılan tibbi müayinələr zamanı onun anadangəlmə ürək qüsurunun olduğu müəyyən edilib. Bundan sonra Bieber əməliyyat olunub.

“Anadangəlmə ürək problemim aşkar edildikdən sonra bunu aradan qaldırmaq üçün əməliyyat keçirdim. Prosedur cəmi bir gün davam etdi. Tibb sahəsi hər zaman maraq dairəmdə olub. Əməliyyatlara və dəriyə qulluq mövzusuna xüsusi marağım öz brendimi yaratmaq ideyasını formalaşdırdı”, – deyə o bildirib.

Qeyd edək ki, ötən həftə Hailey Bieber 2025-ci ilin may ayının sonlarında satışa çıxardığı “Rhode” adlı kosmetik brendi üçün yeni reklam kampaniyasında yer alıb. İş xanımı ağ bomber gödəkçə, şort, dizüstü corab və xizək çəkmələri ilə obyektiv qarşısına keçib. Fotolardan birində model qar topasının içində uzanaraq əlində dodaq parladıcısı tutub. Məşhur sima təbii saç düzümü və sadə makiyajı ilə diqqət çəkib.

//Gülnarə Abasova, Editor.az