Artıq 10 ildir ölkənin müxtəlif telekanallarında yayımlanan “Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabı işıq üzü görüb. Milli Mətbuatın 151 illiyi münasibətilə keçirilən tədbirdə bu il ölkəmizin ilk ana televiziyasının yaranmasının 70 illiyi, radiosunun isə 100 illiik fəaliyyəti də yüksək qiymətləndirilib. Qeyd olunub ki, tarixi ənənəyə söykənən bu milli-mənəvi dəyər müasir televiziyaların da yaradıcılığına öz təsirini göstərir.
Manset.az xəbər verir ki, layihənin rəhbəri və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpardır.
Tədbirdə dövlət xadimləri, ictimai-siyasi xadimlər, ziyalılar, televiziya ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri iştirak ediblər. Gecənin aparıcısı sənətşünas üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev olub.
Çıxış edənlər ADPU-nin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, Mİlli Məclisin üzvü Jalə Əliyeva, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti Əkbər Qoşalı, Pakistanın Azərbaycandakı səfirliyinin katibi Cənab Hassnain və mətbuat Attaşesi Xanım Rubab Kazmi, Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyi rəhbəri Ruslan İmanzadə, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, “Sağlamlığın Qorunması” İB-nin sədri, tibb elmləri doktoru Yazgül Abdiyeva, Əməkdar jurnalist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Etibar Babayev, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli və b. verilişin on il ərzində tamaşaçı rəğbəti qazandığını, cəmiyyət üçün maraqlı mövzulara toxunduğunu və peşəkar televiziya layihəsi kimi özünəməxsus yer tutduğunu bildiriblər. Eyni zamanda, layihənin müəllifi və yaradıcı heyətinin fəaliyyəti yüksək qiymətləndirilib.

