“Bakı məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük iztirablar yaşatmış təxminən 30 illik münaqişənin simvolik və məntiqi yekunudur”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında bildirib.

