Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rumıniyalı həmkarı Marius Lazurka ilə görüşüb.
Bu barədə o, “X” hesabında məlumat verib. Qeyd olunub ki, Marius Lazurka hazırda Azərbaycanda səfərdədir.
“Rumıniyalı həmkarım Marius Lazurka ilə səmərəli görüş keçirdik. Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluq əlaqələrini bir daha təsdiq edərək, ikitərəfli münasibətlərimizin daha da dərinləşdirilməsi üçün mövcud olan geniş imkanları müzakirə etdik. Cənubi Qafqaza coğrafi baxımdan ən yaxın Avropa İttifaqı ölkəsi olan Rumıniya əməkdaşlığımızda çox mühüm mövqeyə malikdir. Biz siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər istiqamətlərdə birgə fəaliyyətimizin inkişaf etdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Aktiv təhlükəsizlik və siyasi dialoqumuzun davam etdirilməsi barədə razılığa gəldik”, – deyə paylaşımda qeyd olunub.


