Hindistanda 28 yaşlı qadın 5 il girov saxlanılıb, şübhəli həbs edilibbackend

Hindistanda 28 yaşlı qadın 5 il girov saxlanılıb, şübhəli həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda ailəsi tərəfindən xilas edilən 28 yaşlı qadının beş il ərzində girov saxlanıldığı və zorakılığa məruz qaldığı bildirilir. Hadisə ilə bağlı əsas şübhəli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.  

Editor.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, zərərçəkən qadın bildirib ki, 2021-ci ilin mart ayında gecə saatlarında evə qayıdarkən kənd sakinlərindən birinin oğlu ona yaxınlaşıb və naməlum maddə iylətdikdən sonra huşunu itirib.  

Qadının sözlərinə görə, o, daha sonra tanımadığı bir məkanda ayılıb və uzun müddət burada məcburi şəkildə saxlanılıb. İddialara əsasən, həmin müddətdə o, fiziki və cinsi zorakılığa məruz qalıb. Şübhəli şəxs qadının digər insanlarla əlaqə saxlamasına imkan verməyib. O işdə olduğu vaxtlarda isə qadına nəzarət etmək üçün yaxın qohumlarından biri evdə qalırmış. Girov saxlanılan qadın müxtəlif yaşayış məntəqələrinə aparıldığı üçün onun yerini müəyyənləşdirmək mümkün olmayıb.  

Hadisə yalnız qadının qonşulardan biri ilə əlaqə yaratmağa nail olmasından sonra üzə çıxıb. Daha sonra o, ailəsi ilə əlaqə saxlayaraq kömək istəyib və ailə üzvləri onu azad edə biliblər.  

Faktla bağlı insan oğurluğu və zorlama da daxil olmaqla bir neçə maddə üzrə cinayət işi açılıb. Əsas şübhəli saxlanılıb. İstintaq çərçivəsində hüquq-mühafizə orqanları cinayətdə iştirak etmiş ola biləcək digər şəxslərin, eləcə də şübhəliyə yaşayış yeri təmin edənlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirir.  

//Gülnarə Abasova, Editor.az