Hüseyn Əmir-Abdollahian: İran Ukraynanın ərazi bütövlüyünü tanıyırbackend

Hüseyn Əmir-Abdollahian: İran Ukraynanın ərazi bütövlüyünü tanıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti hər bir ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyır. Editor.az bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian deyib.

“Biz hər bir ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Bu, beynəlxalq hüquq əsasında bütün ölkələrin əsas prioriteti olmalıdır və təbii ki, biz siyasi dialoq vasitəsilə müharibənin bitməsini vurğulamaqda davam edirik”,- deyə nazir iyulun 17-də omanlı həmkarı Bədr bin Həməd bin Həmud əl-Busaidi ilə Tehranda danışıqlardan sonra keçirilən konfrans mətbuata açıqlamasında bildirib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Dedovu Moskvanın Fars körfəzindəki üç adada tutduğu mövqeyə görə çağırıb. Söhbət İrana aid olması BƏƏ tərəfindən inkar edilən Əbu Musa, Böyük Türbə və Kiçik Türbə adalarından gedib.

Səfirin çağırılmasına səbəb Tehranın Rusiya ilə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası arasında strateji dialoqun nazirlər görüşünün yekunları üzrə birgə bəyanatla razılaşmaması olub. “Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Rusiya hakimiyyət orqanlarından açıqlamalarımız olub. Lakin biz bunları yetərli hesab etmirik, Rusiya və ya hər hansı digər tərəfin İranın ərazi bütövlüyü ilə bağlı bu praktikasının təkrarlanmasını qəbul etmirik”,- Əmir Abdullahian deyib.

  //Samir Qurbanov, Editor.az