ABŞ xarici işlər naziri Marko Rubio bildirib ki, Vaşinqton və Tehran Yaxın Şərqdəki vəziyyətin həlli üçün danışıqlarda “müəyyən irəliləyiş” əldə ediblər.
“Müəyyən irəliləyişlər var. Şişirtmək istəmirəm, amma irəliləyiş var və bu yaxşıdır.” – Marko Rubio bildirib. Lakin o, ABŞ və İranın danışıqlarda hansı sahələrdə irəliləyiş əldə etdiyini dəqiqləşdirməyib.
Daha əvvəl vitse-prezident J.D. Vens İran və ABŞ arasındakı diplomatik prosesə müsbət reaksiyasını bildirmişdi. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar “çox yaxşı bir mərhələdədir”.
//Samir Qurbanov, Editor.az


