Alvaro Arbeloa “Real”dan getdibackend

Alvaro Arbeloa “Real”dan getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alvaro Arbeloa mövsümün sonunda “Real Madrid”in baş məşqçisi vəzifəsindən ayrılacaq. Məşqçi bunu mətbuat konfransında açıqlayıb.

“Mən həmişə Madridi öz evim hesab etmişəm. 20 ildir ki, “Real Madrid”dəyəm. “Real Madrid”dən böyük minnətdarlıqla ayrılıram, çünki oyunçular məni daha yaxşı oyunçu etdilər. Burada hər gündən zövq aldım”, – deyə 43 yaşlı məşqçi “Marca” qəzetinə bildirib. Komanda Arbeloanın rəhbərliyi altında son oyununu 23 mayda keçirəcək. “Real Madrid” İspaniya liqasının final turunda “Atletik Bilbao”nu qəbul edəcək.

Qeyd edək ki, Alvaro Arbeloa 2026-cı ilin yanvar ayında Xabi Alonsonun yerinə baş məşqçi təyin edilmişdi. O, 2020-ci ildən “Real Madrid” akademiyasında çalışıb. Madrid klubu ötən mövsüm kuboksuz qalaraq İspaniya liqasında ikinci yeri tutub. Ölkə kubokunun 1/32 finalında “Real Madrid” ikinci divizion təmsilçisi “Albasete”yə məğlub olub. Komanda həmçinin Çempionlar Liqasının yarımfinalına vəsiqə qazana bilməyib və “Bavariya”ya uduzub.

//Samir Qurbanov, Editor.az