Dünyanın ən etibarlı mühərriklərinə malik Yapon avtomobillərinin reytinqini təqdim edib. Siyahıya Honda, Toyota, Lexus, Subaru, Mazda və Acura markalarına aid həm klassik sedanlar, həm də 2026-cı ilin müasir hibrid modelləri daxil edilib. Reytinqdə milyon kilometrlərlə problemsiz işləyə bilən avtomobillər ön plana çıxarılıb.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Siyahının ilk pilləsində 1990-cı il istehsalı olan Honda Accord qərarlaşıb. Dördüncü nəsil Accord uzunömürlülüyü ilə seçilir və bəzi nümunələrinin adi texniki xidmətlə 1,6 milyon kilometrdən çox yol qət etdiyi bildirilir.
İkinci yeri 2011-ci il buraxılışlı Lexus LS 460 tutub. Modeldə istifadə olunan 4,6 litrlik V8 “1UR” mühərriki demək olar ki, 20 ilə yaxındır etibarlılığı ilə tanınır. Ekspertlərə görə, etibarlı V8 mühərrik axtaranlar üçün ən yaxşı seçimlərdən biri məhz UR və ya UZ seriyasıdır.
Üçüncü pillədə 2014-cü il Toyota Camry yer alıb. Avtomobilin 2,5 litrlik baza mühərriki təxminən 10 il ərzində Toyota modellərində istifadə olunub və yüksək dayanıqlığı ilə seçilib. Daha güclü versiya istəyənlər üçün isə Lexus ES 350 modelindən götürülmüş V6 mühərrik təklif edilirdi.
Dördüncü sırada 2015-ci il Lexus ES qərarlaşıb. Model həm hibrid ES 300h, həm də 3,5 litrlik V6 mühərrikli ES 350 versiyalarında təqdim olunub. Avtomobil Toyota Avalon platformasında hazırlanıb.
Beşinci yerdə isə 2015-ci il Honda Accord göstərilib. Ekspertlər bu modeli sinfinin ən balanslı sedanlarından biri hesab edir. Avtomobil həm 2,4 litrlik benzin mühərriki, həm də güclü V6 aqreqatı ilə təklif olunurdu və yüksək ikinci əl dəyəri ilə seçilir.
Reytinqin qalan hissəsində isə aşağıdakı modellər yer alıb:
- Acura TLX
- Toyota Prius Prime
- Mazda3
- Subaru Outback
- Toyota Camry
Xüsusilə 2026-cı il hibrid Toyota Camry modelinin bir doldurma ilə 1060 kilometrdən artıq məsafə qət edə bilməsi diqqət çəkir.
//Gülnarə Abasova, Editor.az


