“Rosselxoznadzor” rəhbəri Sergey Dankvert bildirib ki, Rusiya tərəfi Ermənistandan gələn meyvə-tərəvəzlərdə, eləcə də çiçəklərdə çatışmazlıqlar aşkar edib.
“Problem ondadır ki, təkcə çiçəklərlə deyil, həm tərəvəz, həm də meyvələrlə bağlı problemlərimiz var.” – Sergey Dankvert bildirib.
Agentliyin rəhbərinin sözlərinə görə, Ermənistandakı müəssisələrdə yoxlamalar daha bir həftə çəkəcək və onların nəticələrinə əsasən qərar veriləcək.
Xatırladaq ki, Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər bu gündən qüvvəyə minib.
//Samir Qurbanov, Editor.az


