Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, videoda bir qadının həyat yoldaşını iş yerində başqa xanımlarla birlikdə yaxaladığı iddia edilir.
Görüntülərdə qadının ərini uyğunsuz vəziyyətdə gördükdən sonra onunla mübahisə etdiyi əks olunub. Hadisə zamanı gərgin anlar yaşanıb.
İzləyicilərin diqqətini çəkən məqamlardan biri isə kişinin özünü müdafiə etmək üçün səsləndirdiyi arqumentlər olub. Sosial media istifadəçilərinin fikrincə, o, vəziyyətdən çıxmaq üçün məntiqsiz bəhanələr gətirməyə çalışıb.
Qısa müddətdə yayılan video müxtəlif platformalarda minlərlə baxış toplayıb. İstifadəçilərin bir qismi hadisəyə yumorla yanaşsa da, digərləri ailədaxili münasibətlərin sosial mediada bu şəkildə gündəmə gətirilməsini doğru hesab etməyiblər.
Müzakirələrə səbəb olan görüntüyə çox sayda rəylər yazılıb.


