Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.
Qeyd edək ki, V.Əliyev bu təyinatdan əvvəl “Bakı Telefon Rabitəsi” MMC-nin 6 saylı Rabitə Xidmət Mərkəzində rəis müavini vəzifələrində çalışıb./iqtisadiyyat.az


