İran və Oman Hörmüz boğazının bölüşdürülməsi ilə bağlı razılığa gəlib – Reutersbackend

İran və Oman Hörmüz boğazının bölüşdürülməsi ilə bağlı razılığa gəlib – Reuters

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Oman Hörmüz boğazında tərəflərin payı və boğazdan əldə olunan gəlirlərin bölüşdürülməsi ilə bağlı razılaşmalar əldə edib.

Editor.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü məlumat verib. Məlumat Reuters tərəfindən İranın yarırəsmi “Tasnim” agentliyinə istinadən yayımlanıb.

SEPAH nümayəndəsinin sözlərinə görə, Tehran və Maskat boğazın sularında hər iki ölkənin payı, eləcə də buradan əldə olunan gəlirlərin bölüşdürülməsi məsələsində razılığa gəliblər. O, danışıqların ABŞ-ın müdaxiləsi səbəbindən gecikdiyini bildirib.

Bununla yanaşı, Reuters-in məlumatına görə, yüksək rütbəli iranlı mənbə razılaşmanın hələ yekunlaşdırılmadığını və tərəflərin sənədin detalları üzərində danışıqları davam etdirdiyini bildirib.

Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Münaqişədən əvvəl qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən beşdə biri bu marşrutdan keçirdi. Hazırda tərəflər həmçinin boğazda təhlükəsiz naviqasiya üçün müvəqqəti dəhlizin yaradılması və minaların təmizlənməsi məsələlərini müzakirə edirlər.

//Samir Qurbanov, Editor.az