İran ABŞ hərbçilərinin ələ keçirilməsinə görə mükafat vəd etdibackend

İran ABŞ hərbçilərinin ələ keçirilməsinə görə mükafat vəd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ hərbçilərinin ölkəyə mümkün quru müdaxiləsi zamanı öldürülməsi və ya əsir götürülməsinə görə pul mükafatı veriləcəyini açıqlayıb.

İran ordusunun baş komandanı, general-mayor Əmir Hatəmi bildirib ki, ABŞ hərbçisini öldürən və ya əsir götürən şəxsə 30 min dollar, yaxud 5 milyard İran tüməni məbləğində mükafat ödəniləcək.

Hatəminin sözlərinə görə, bu təşəbbüs İranda ABŞ qüvvələrinə qarşı mümkün quru əməliyyatında iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərindən sonra hazırlanıb.
İranlı qadınların ABŞ hərbçisini öldürməsi və ya əsir götürməsi halında isə mükafatın ikiqat ödəniləcəyi bildirilib.

Bundan əlavə, İran ordusu ABŞ hərbçisinə qarşı istifadə edilən silahları bazar qiymətindən iki dəfə baha qiymətə almağı və həmin şəxslərə əvəzində yeni silah verməyi planlaşdırır.
İran rəsmiləri bu addımı ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi ssenarisinə hazırlıq tədbirlərindən biri kimi təqdim edirlər.

//Samir Qurbanov, Editor.az