Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzində yeni kadr təyinatı həyata keçirilib.
Müvafiq əmrlə Zaur Mehtiyev Mərkəzin Kibertəhlükəsizlik şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Zaur Mehtiyev bu təyinata qədər Rəqəmsal Maliyyə Mərkəzinin Kibertəhlükəsizlik şöbəsində mütəxəssis vəzifəsində çalışıb.
Yeni vəzifəsində o, Mərkəzin kibertəhlükəsizlik istiqamətində fəaliyyətinə rəhbərlik edəcək./nocomment.az/


