Sırski istefadan sonra doktoranturaya qəbul olunub – KİVbackend

Sırski istefadan sonra doktoranturaya qəbul olunub – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Aleksandr Sırski vəzifəsindən azad edildikdən sonra Ukrayna Milli Müdafiə Universitetinin doktoranturasına qəbul olunub.

Editor.az xəbər verir ki, bu barədə Hromadske Sırskinin yaxın çevrəsindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Sırski istefasından sonra tibbi müayinədən keçib və hərbi xidmətə yararlı olduğu müəyyən edilib. Bundan sonra o, orduda xidmətini davam etdirmək qərarına gəlib.
Mənbənin sözlərinə görə, Sırski mülki vəzifələrdən imtina edib. O, illər ərzində əldə etdiyi hərbi təcrübəni sistemləşdirmək və Ukrayna, eləcə də Qərb hərbçilərinə ötürməklə məşğul olacaq.

Bildirilir ki, sabiq baş komandan hazırda doktorluq dissertasiyasının mövzusunu müəyyənləşdirir və bu istiqamətdə müzakirələr aparır.

//Samir Qurbanov, Editor.az