Lavrov Misirin xarici işlər naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edibbackend

Lavrov Misirin xarici işlər naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov Misirin xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan misirlilərlə əlaqələr naziri Bədr Əbdülətti ilə telefon danışığı aparıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər telefon danışığı zamanı Yaxın Şərqdəki mövcud vəziyyəti və regionda baş verən son prosesləri müzakirə ediblər.

Diplomatlar həmçinin regional sabitliyin təmin edilməsi və Yaxın Şərqdəki problemlərin siyasi-diplomatik yollarla həlli istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

//Samir Qurbanov, Editor.az