Ukraynaya qarşı istifadə edilən Rusiya raketlərində Fransada istehsal olunan komponent aşkarlanıb.
Editor.az xəbər verir ki, Məlumata görə, Rusiya ordusunun S-400 və S-300PM zenit-raket komplekslərindən Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi RM-48U ballistik raketlərinin qalıqlarında Fransanın 3SP Technologies şirkətinə məxsus lazer modulları müəyyən edilib. Bu modullar raketlərin giroskop sistemlərində istifadə olunur.
RM-48U raketləri əvvəllər S-300 və S-400 sistemlərində istifadə olunan raketlərin modernləşdirilməsi əsasında hazırlanıb və hazırda yerüstü hədəflərə zərbələr endirmək üçün tətbiq edilir.
3SP Technologies Fransada fəaliyyət göstərən və lazer çipləri, optoelektron komponentlər və lazer modulları istehsal edən şirkətdir. Şirkətin rəsmi məlumatına əsasən, onun istehsal müəssisəsi Fransanın Nozay şəhərində yerləşir.
Fransız komponentlərinin Rusiya raketlərində necə və hansı kanallarla əldə edildiyi barədə isə hazırda əlavə məlumat açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

