Apple şirkəti yeni məhsullarının təqdim olunacağı xüsusi tədbirin tarixini açıqlayıb. Təqdimat sentyabrın 9-da keçiriləcək.
Şirkətin məlumatına görə, “Apple Event” Bakı vaxtı ilə sentyabrın 10-u saat 21:00-da başlayacaq. Tədbir zamanı yeni nəsil iPhone modellərinin təqdim ediləcəyi gözlənilir.
Apple ənənəvi olaraq sentyabr ayında keçirilən təqdimat tədbirində yeni iPhone seriyasını nümayiş etdirir.
Tədbirin digər yeni məhsul və yeniliklərlə bağlı elanlara da səhnə olacağı gözlənilir.
Təqdimatı Apple-ın rəsmi saytı, Apple TV və YouTube üzərindən canlı izləmək mümkün olacaq.
//Samir Qurbanov, Editor.az

