Trampdan MKİ rəhbərinin Moskva səfəri ilə bağlı açıqlama: “O, oraya səbəbsiz getməyib”backend

Trampdan MKİ rəhbərinin Moskva səfəri ilə bağlı açıqlama: “O, oraya səbəbsiz getməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərini şərh edib.

Tramp “The Glenn Beck Program” verilişində bildirib ki, Retkliffin səfəri “yarı-rutin” xarakter daşıyır. Bununla belə, ABŞ lideri səfərin müəyyən nəticələr verə biləcəyini istisna etməyib.
“Biz Ukraynadakı müharibənin başa çatmasını istəyirik.

Bunun nəticəsində nəsə ortaya çıxa bilər. Müharibəni bitirmək üçün çox ciddi çalışırıq”, – Tramp deyib.
ABŞ Prezidenti Retkliffin Moskvaya NATO-nun Rusiyanın mümkün hərbi addımlarına reaksiyasını müzakirə etmək və ya İrana qarşı sanksiyalarla bağlı danışıqlar aparmaq üçün getdiyi barədə ehtimalları da rədd edib.

Kreml isə Retkliffin Moskvada Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqələr saxladığını təsdiqləyib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, MKİ rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə görüşməyib.

Bununla yanaşı, Putin səfərin nəticələri barədə məlumatlandırılıb.
Retkliffin Moskvaya səfəri ABŞ-Rusiya münasibətlərinin və Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı diplomatik təmasların intensivləşdiyi bir vaxtda baş verib.

//Samir Qurbanov, Editor.az