İsrail ordusu HƏMAS-ın keçmiş siyasi büro rəhbərinin qardaşı oğlunu məhv edibbackend

İsrail ordusu HƏMAS-ın keçmiş siyasi büro rəhbərinin qardaşı oğlunu məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin HƏMAS təşkilatının keçmiş siyasi büro rəhbəri İsmayıl Haniyənin qardaşı oğlunun Qəzza zolağında məhv edildiyini açıqlayıb. O, radikal təşkilatın hərbi qanadında fəaliyyət göstərən “Nuhba” bölüyünün komandir müavini olub.

Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu HƏMAS-ın keçmiş siyasi büro rəhbərinin qardaşı oğlunu məhv edib

İsrail hərbçilərinin məlumatına görə, məhv edilən şəxs son vaxtlar HƏMAS üçün yeni terrorçular cəlb etməyə çalışıb və onun komandanlığı altında olan “Nuhba” bölüyünün hərbi hazırlığına rəhbərlik edib.

“Haniyə 2023-cü il oktyabrın 7-də terrorçu dəstənin İsrail ərazisinə daxil olmasına rəhbərlik edib və bu hadisədə iştirak edib”, – deyə mətbuat xidməti əlavə edib.

HƏMAS-ın keçmiş siyasi büro rəhbəri İsmayıl Haniyə 31 iyul 2024-cü ildə Tehranda raket zərbəsi nəticəsində öldürülüb. Həmin ilin dekabrında İsrailin müdafiə naziri İsrael Kats ilk dəfə olaraq Haniyənin İran paytaxtında məhv edilməsində İsrailin iştirakını rəsmi şəkildə etiraf edib.