Almaniya Bundestaqının (parlamentinin) Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ölkədə məcburi hərbi xidmətin yenidən tətbiq edilməsi ehtimalını istisna etmək üçün hələ çox tez olduğunu hesab edir.
komitə sədri bu barədə RND redaksiya birliyinə müsahibəsində bildirib.
Rövekamp Bundesverin (Almaniya Silahlı Qüvvələrinin) hazırkı vəziyyətlə müqayisədə müqaviləli və kadr hərbi qulluqçularının sayını 50 faiz, çağırışçıların sayını isə üç dəfədən çox artırmağa ehtiyacı olduğunu vurğulayıb.
“Buna hazırkı könüllülük əsasında nail ola biləcəyik, yoxsa məcburi hərbi xidmətə qayıtmalı olacağıq – bu qərarı gələn il qəbul etməliyik”, – deyə komitə rəhbəri əlavə edib.
Yeni hərbi qeydiyyat sistemi ilə yanaşı, Bundesver hələ də klassik işəqəbul üsullarından istifadə etməyə davam edir. Eyni zamanda, müraciətlərin və yeni xidmətə başlayanların sayında ciddi artım qeydə alınır. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ilin geridə qalan dövrü ərzində namizədlərdən təxminən 38 500 müraciət daxil olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Xidmətə faktiki qəbul edilənlərin sayı isə 13 faiz artaraq təxminən 11 min nəfər təşkil edib.
Musavat.com

