Portuqaliyalı müdafiəçi Joau Kanselu “Barselona” ilə yeni müqavilə imzalayıb.
32 yaşlı futbolçu ilə imzalanan müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Kataloniya klubu transferi rəsmi saytında açıqlayıb.
Kanselu daha əvvəl də “Barselona”nın formasını geyinib. Portuqaliyalı müdafiəçi klubda çıxış etdiyi dövrdə 65 oyunda 6 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli futbolçunun geri dönüşü “Barselona”nın müdafiə xəttini gücləndirmək baxımından mühüm addım kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az

