NATO-ya məxsus kəşfiyyat təyyarəsi Polşanın şimal-qərb bölgəsində müşahidə uçuşu həyata keçirib.
Editor.az xəbər verir ki, Bu barədə uçuşları izləyən AirNav Radar xidmətinin məlumatlarında bildirilib. Məlumata görə, NATO-nun hava kəşfiyyat təyyarəsi Polşanın şimal sərhədləri yaxınlığında fəaliyyət göstərib.
Təyyarənin uçuşu regionda hava məkanının monitorinqi və mümkün təhlükələrin izlənməsi çərçivəsində həyata keçirilən müşahidə fəaliyyətlərindən biri kimi qiymətləndirilir.
NATO ölkələri, xüsusilə Polşa və Baltikyanı regionda, son illərdə hava məkanına nəzarət və kəşfiyyat fəaliyyətlərini gücləndirib.
//Samir Qurbanov, Editor.az

