Əkrəm İmamoğlu, Tuzlanın keçmiş bələdiyyə sədri Şadi Yazıcı haqqında söylədiyi fikirlərlə bağlı açılan və əvvəllər iki dəfə bəraət aldığı “təhqir” işi üzrə təkrar məhkəmə prosesində iki il bir ay müddətinə azadlıqdan məhrum edilib və ona siyasi fəaliyyətlə məşğul olmaq qadağası qoyulub.
Editor.az xəbər verir ki, hökm oxunarkən məhkəmə heyətinə etirazını bildirən İmamoğlu hakimin göstərişi ilə məhkəmə zalından zorla çıxarılıb.
Hökm elan edilərkən məhkəmə zalında gərginlik yüksək həddə çatıb. Hakimin qərarını dinləməkdən imtina edən və məhkəmə prosesinin legitimliyini tənqid edən İmamoğlu məhkəmə heyətinə qarşı sərt ifadələr işlədib.
//Dəniz Pənahova, Editor.az

